“Azəryol” və “Azərsu” həndbol komandaları növbəti qələbələrini qazanıblar | |
Qadın həndbolçuların Azərbaycan çempionatında iki oyun keçirilib. Azərbaycan Həndbol Federasiyasından bildiriblər ki, “Gənclər Birliyi” komandası ilə qarşılaşan “Azəryol” böyük hesabla qalib gəlib – 43:16. Günün mərkəzi matçında isə “Azərsu” və “Qarabağ” həndbolçuları üz-üzə gəliblər. Komandaların gərgin idman mübarizəsi şəraitində keçən görüşündən “Azərsu” komandası 28:26 hesabı ilə qalib ayrılıb. |
|
Xəbər 1335 dəfə oxundu. |
|
|