Azyaşlı həmyerlimiz Misirdə keçirilən taekvando yarışının qalibi olub
Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində uşaqlar arasında taekvando üzrə keçirilən Misir kubokunda 10 yaşlı soydaşımız Sumeyra Xəlilova ölkəmizi uğurla təmsil edib.

Ölkə üzrə keçirilən bu yarışda 3-cü yerə layiq görülən Sumeyra Xəlilova bürünc medal qazanıb.

Soydaşımız buna qədər Qahirə şəhəri üzrə bir çox yarışlarda qalib gəlsə də bu, onun ən böyük uğurudur.

“Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov bildirib ki, S.Xəlilova idmandakı uğuru ilə yanaşı, dərslərində də çox fəaldır. 10 yaşlı soydaşımız artıq bir neçə dildə sərbəst danışır. S.Nəsirov azyaşlı soydaşımızın valideynləri ilə görüşərək onları təbrik edib və diaspor təşkilatı olaraq onlara hər zaman dəstək göstərməyə hazır olduğunu bildirib.

Xəbər 1419 dəfə oxundu.