Stolüstü tennisçilərimiz gənclərin Olimpiya Oyunlarının Avropa təsnifat turnirində iştirak edəcəklər
Fevralın 12-13-də Çexiyanın Xodonin şəhərində stolüstü tennis üzrə gənclərin Olimpiya Oyunlarının Avropa təsnifat turniri keçiriləcək.

33 oğlan və 29 qız tennisçinin qatıldığı turnirdə qalib gələn 4 idmançı cari ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək gənclərin Olimpiya Oyunlarına lisenziya qazanacaq.

Qeyd edək ki, artıq 1 idmançımız Olimpiya Oyunlarına lisenziya əldə edib.

Xəbər 1232 dəfə oxundu.