Balotelli mart ayı matçları üçün İtaliya yığmasına çağırıla bilər | |
“Nitsa” klubunun hücumçusu Mario Balotelli futbol üzrə İtaliya yığmasına qayıda bilər. Milli komandanın baş məşqçisini əvəz edən Luici Di Byaco 27 yaşlı forvardı mart ayında keçiriləcək yoldaşlıq matçlarına çağırmaq istəyir. Balotelli sonuncu dəfə dörd il əvvəl, 2014-cü il dünya çempionatında yığma komandanın heyətində meydançaya çıxıb. Di Byaconun, həmçinin yığma komandanın veteranlarından qapıçı Canluici Buffonu və müdafiəçi Corco Kellinini dəvət edəcəyi gözlənilir. |
|
Xəbər 667 dəfə oxundu. |
|
|