"Pyönqçanq-2018": Oyunların rəmzləri | |
Koreya Respublikasının Pyönqçanq şəhərində 23-cü Qış Olimpiya Oyunlarının rəmzləri maraqlıdır. 2014-cü il iyunun 27-də elan edilmiş müsabiqənin yekunu kimi idmançıların və azarkeşlərin qoruyucusu da adlandırılan ağ pələng balası "Suhoranq"dır. Dilimizə tərcümədə "suho" müdafiə, "ho ranq" isə pələng deməkdir. Paralimpiya Oyunlarının rəmzi isə qara Asiya ayısının balası "Bandabi"dir. "Bandal" aypara, "bi" isə təntənə deməkdir. O, güc, qüvvət və iradə rəmzidir. Yarışların emblemi Koreyanın ənənəvi hangül əlifbasının "p" və "ç" hərfləridir və şəhərin adı ilə yanaşı, Koreya milli fəlsəfəsinə söykənir. Birinci heroqlif səma, torpaq və bəşəriyyətin vəhdətinə, ikincisi isə büllur buz dənəsinə işarədir. Olimpiadanın himnini yerli müğənni Taeyanq ifa edəcək. Medallar isə sentyabrın 21-də təqdim edilib. Onun üz tərəfində diaqonal xətlər və olimpiya emblemi yer alıb. Əks tərəfində isə hangül əlifbası ilə idman növləri və yarışın emblemi yer alır. 99 faizi gümüşdən ibarət və qızıl tərkibi 6 qram olan qızıl medalın çəkisi 586 qram, gümüş 580 qram, bürünc medal isə 493 qramdır. Medalların diametri 92,5 mm-dir. Müəllifi yerli tərtibatçı Li Suk-vodur. Oktyabrın 24-də Yunanıstandan yola çıxmış məşəlin uzunluğu 700 mm-dir. O, Pyönqçanqın dəniz səviyyəsindən 700 m hündürlükdə olmasına işarədir. Dizaynı da Koreyanın milli adət-ənənələr məktəbi üslubunda tərtib edilib. Qeyd edək ki, XXIII Qış Olimpiya Oyunları fevralın 9-dan 25-nə qədər Koreya Respublikasının Pyönqçanq şəhərində keçiriləcək. |
|
Xəbər 613 dəfə oxundu. |
|
|