Anti-dopinq seminarı keçiriləcək
Fevral ayının 15-də AAAF Park Yaşayış Kompleksinin Konfrans zalında Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) təlimatına əsasən, Azərbaycan Ağır Atletika Federasiyası (AMADA) və Azərbaycan Milli Anti-Dopinq Agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə anti-dopinq seminarı keçiriləcək. Tədbirdə dinləyici qismində idmançılar, müxtəlif ixtisaslı mütəxəssislər, inzibati və rəhbər şəxslər iştirak edəcəklər.

Seminarda Anti-Dopinq Qayda Pozuntuları (ADRVs), Dopinq Nəzarəti Prosesi (Doping Control Process), Məkan Məlumatı (Whereabouts), Qadağan edilmiş Maddələr və Üsullar Siyahısı (Prohibited List), Terapevtik İstifadə üçün İstisnalar (TUE) kimi mövzular barədə danışılacaq.

Mühazirəçilər Fərhad Abasov (hüquqşünas, AMADA), Emil Hacıyev (analitika üzrə menecer, AMADA), Kəmalə Babayeva (dopinq nəzarəti meneceri, AMADA) və Dr. Fərid Əliyev (Terapevtik İstifadəyə İcazə (TUE) Komitəsinin sədr müavini) olacaq.

Xəbər 1381 dəfə oxundu.