Taekvondo üzrə yığmamız klublararası Avropa çempionatının ikinci günündə 10 medal qazanıb | |
İstanbulda keçirilən klublararası Avropa çempionatının ikinci günündə Azərbaycanın gənclərdən ibarət taekvondo üzrə milli yığma komandasının üzvləri uğurlu çıxış edərək 10 medal qazanıb. Türkiyə Taekvondo Federasiyası və Avropa Taekvondo İttifaqı tərəfindən təşkil edilən qitə çempionatında yığma komandanın idmançılarından oğlanlar arasında Cavad Ağayev (63 kq) və Taleh Süleymanov (73 kq), qızlardan Minayə Əkbərova (44 kq) və Sevda Pirseyidova (49 kq) qızıl medal qazanıblar. Komandanın digər üzvlərindən Xanoğlan Kərimov (48 kq), Ayaz Qənbərli (51 kq) və Ofeliya Allahverdiyeva (42 kq) yalnız finalda məğlub olaraq gümüş medala sahib olublar. Nihad Abbasov (45 kq), Bəhruz Quluzadə (48 kq) və Yaşar Məmmədli (51 kq) isə yarışı yarımfinal mərhələsində başa vuraraq bürünc medala layiq görülüblər. |
|
Xəbər 1738 dəfə oxundu. |
|
|