Koreya Respublikasındakı Olimpiya Kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib
Koreya Respublikasının Pxençan şəhərində keçiriləcək XXIII Qış Olimpiya Oyunlarının Olimpiya Kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib.

Mərasimdə Azərbaycanın şef de-missionu Anar Bağırov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, Milli Olimpiya Komitəsinin nümayəndəsi Həsənağa Rzayev və digər şəxslər iştirak ediblər.

Fevralın 9-da keçiriləcək Olimpiadanın açılış mərasimində bayraqdar funksiyasını Azərbaycanın təmsilçisi Patrik Braxner yerinə yetirəcək. O, slalom və böyük slalom yarışlarında mübarizə aparacaq. Atlet “Pxençan-2018”ə lisenziyanı müxtəlif yarışlarda topladığı xallar sayəsində qazanıb.

Koreya Respublikasında Qış Olimpiya Oyunları fevralın 25-də başa çatacaq.

Xatırladaq ki, ölkəmiz 1998-ci ildən bəri Qış olimpiadalarında təmsil olunur.

Xəbər 494 dəfə oxundu.