"Pyönqçanq-2018": Koreyada ilk qış oyunları | |
Fevralın 9-da başlayacaq növbəti qış olimpiadası Cənubi Koreyada keçiriləcək 1-ci qış oyunlarıdır. Həmçinin, nə qədər qəribə olsa da, Koreya qış oyunlarını qəbul edən cəmi 2-ci Asiya ölkəsidir. Buna qədər yalnız Yaponiya qış olimpiadasının vətəni olub, həm də 2 dəfə (Sapporo-1972 və Naqano-1998). Koreya dövlətinin olimpiada təcrübəsi artıq var. İlk dəfə 1988-ci ildə paytaxt Seulda yay olimpiya oyunları təşkil olunub. Qeyd edək ki, XXIII Qış Olimpiya Oyunları fevralın 9-dan 25-nə qədər Koreya Respublikasının Pyönqçanq şəhərində keçiriləcək. "Pyönqçanq-2018": saat fərqi Asiyada yerləşən Pyönqçanqda keçiriləcək Qış Olimpiya Oyunları zamanı Azərbaycan da daxil olmaqla, əsas izləyici kütləsinə malik Avropanın qış idmanı sevənlərinin yarışları televiziyadan canlı izləmək baxımından bir qədər çətinliyi olacaq. Çünki mübarizə meydanlarında rəqabət, əsasən, gündüz saatlarında keçiriləcək. Məsələn, açılış mərasimi Bakı vaxtı ilə günorta saat 1-ə təsadüf edəcək. Çünki Bakı ilə Seul arasında 5 saat fərq var. Qrinviç hesabı ilə bu, 9 saat edir. Deməli, Qərbi avropalılar bizdən də müşkül vəziyyətdə olacaqlar. Ona görə də Oyunları əksər hallarda təkrar yayımlarla izləmək lazım gələcək. Qeyd edək ki, XXIII Qış Olimpiya Oyunları fevralın 9-dan 25-nə qədər Koreya Respublikasının Pyönqçanq şəhərində keçiriləcək. "Pyönqçanq-2018": 7 növ, 15 proqram, 102 medal dəsti Qış Olimpiya Oyunlarının proqramı əvvəlki dövrlərə nisbətən bir az genişlənib. Beynəlxalq Olimpiya Komitəsi (BOK) icraiyyə komitəsinin 2015-ci ildə Lozannada keçirilən iclasında proqrama yeni turnirlər daxil edilib. Bu dəfə konkisürmədə kişilərin və qadınların kütləvi startını, snoubordda kişilərin və qadınların birgə mübarizəsini, dağ xizəyində komanda mübarizəsini və körlinqdə qarışıq qoşa turnri izləmək imkanı olacaq. Lakin iki proqram üzrə yarışlar olimpiya siyahısından çıxarılıb. Tamaşaçılar snoubordda qadın və kişi kateqoriyası üzrə paralel slaloma tamaşa edə bilməyəcəklər. Beləliklə, Oyunlar 4 idman növü üzrə genişlənib. Ümumən, əvvəlki kimi 7 idman növündə mübarizəni izləmək mümkün olacaq. Bütün Oyunlar cəmi 15 proqramı əhatə edəcək. Cəmi 102 medal dəsti oynanılacaq. Əsas yarışlar, həmişəki kimi, xizək, biatlon, hokkey növlərində olacaq. Onu da qeyd etmək yerinə düşər ki, 1998-ci ildən bu yana ilk dəfə peşəkar hokkeyçiləri, daha doğrusu, Amerika Milli Hokkey Liqasında (NHL) çıxış edənləri olimpiadada görmək mümkün olmayacaq. NHL-lə BOK bununla bağlı razılığa gələ bilməyiblər. Qeyd edək ki, XXIII Qış Olimpiya Oyunları fevralın 9-dan 25-nə qədər Koreya Respublikasının Pyönqçanq şəhərində keçiriləcək. Qeyd edək ki, XXIII Qış Olimpiya Oyunları fevralın 9-dan 25-nə qədər Koreya Respublikasının Pyönqçanq şəhərində keçiriləcək. "Pyönqçanq-2018": 100 zirvə arxasında bir cüt Koreya Oyunların keçiriləcəyi Pyönqçanq Qanqvon əyalətində iki Koreyanı birləşdirən Taybayk sıra dağlarının arasında yerləşir. Burada hündürlüyü 1 km-dən artıq 100-ə yaxın zirvə var. Paytaxt Seuldan cəmi 130 km aralıda yerləşsə də, Şimali Koreyadan cəmi 80 km uzaqlıqda yerləşməsi turistlərin əsas qorxu-hürkü mənbəyidir. Bununla belə, artıq olimpiada iki ölkə arasında sabitliyə gətirib çıxarıb və bu da vəziyyətə nisbətən müsbət təsir edib. Onu da xatırlatmağa dəyər ki, Koreya yarımadasının şimal və cənub münaqişəsinə görə, üstəlik, son dövrlərdə şimallılarla bağlı siyasi vəziyyətin kəskinləşməsi səbəbindən ötən il dekabrın 2-də bu ölkə olimpiadada iştirak etməmək qərarına gəlmişdi. Lakin bu il yanvarın 9-da danışıqlar nəticəsində sular durulmağa başlayıb və Koreya Xalq Demokratik Respublikası da olimpiadada təmsil olunacaq. Qeyd edək ki, XXIII Qış Olimpiya Oyunları fevralın 9-dan 25-nə qədər Koreya Respublikasının Pyönqçanq şəhərində keçiriləcək. "Pyönqçanq-2018": hər min nəfərdən biri Koreyada tam sürətilə məşəl yürüşü davam edir. Ümumən 7500 məşəldaşıyan bu yürüşdə iştirak edəcək. 75 min rəqəmi ölkənin 75 milyon əhalisinin sayına görə seçilib – hər min nəfərdən biri məşəl daşıyan olacaq. Məşəl Koreyanın 17 əyalət və şəhərini gəzərək fevralın 9-da baş arenaya gətiriləcək. Məşəl ötən il oktyabrın 24-də Yunanıstanda olimpiya dağının ətəklərində yandırılıb. İlk məşəlçi isə yunan xizəkçi Apostolos Angelis olub. O, estafeti İngiltərə "Mançester Yunayted"inin keçmiş futbolçusu Pak Çji Suna verib. 8 gün sonra Afinanın "Panatinaikos" stadionunda məşəl təntənəli surətdə Pyönqçanq-2018-in təşkilat komitəsinə təhvil verilib. Koreyada məşəl Oyunlara 100 gün qalmış səyahətə başlayıb. O, Oyunların keçirildiyi ilin rəmzi kimi 2018 kilometr məsafə qət edəcək. Qeyd edək ki, XXIII Qış Olimpiya Oyunları fevralın 9-dan 25-nə qədər Koreya Respublikasının Pyönqçanq şəhərində keçiriləcək. |
|
Xəbər 1017 dəfə oxundu. |
|
|