Futzal üzrə Azərbaycan yığması dörddəbir final mərhələsində Portuqaliya millisi ilə qarşılaşıb | |
Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının dörddəbir final mərhələsində fevralın 6-da Portuqaliya yığması ilə qarşılaşıb. Sloveniyanın paytaxtı Lyublyanadakı “Stojice Arena”da keçirilən oyun rəqib komandanın 8:1 hesablı üstünlüyü ilə başa çatıb. Azərbaycan millisinin heyətində yeganə qolu Everton Kardoso vurub. Beləliklə, Portuqaliya yığması qitə çempionatında yarımfinal mərhələsinə yüksəlib. Oyunu Cerny Ondrej (Çexiya), Tomiç Saşa (Xorvatiya) və Çetin Kamildən (Türkiyə) ibarət hakimlər briqadası idarə edib. Qeyd edək ki, millimiz qrup mərhələsində Fransa yığmasına 5:3 hesabı ilə qalib gəlsə də, İspaniya komandasına 0:1 hesabı ilə məğlub olub və qrupda ikinci yeri tutaraq dörddəbir finala adlamışdı. |
|
Xəbər 584 dəfə oxundu. |
|
|