Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının dörddəbir final mərhələsinə vəsiqəni təmin edib | |
Futzal üzrə Azərbaycan millisi Sloveniyada təşkil edilən Avropa çempionatının final mərhələsinə qələbə ilə başlayıb. Turnirin “D” qrupunda yer alan komandamız fevralın 2-də Lyublyanadakı “Stojice Arena”da Fransa millisi ilə qarşılaşıb. İtaliyalı baş hakim Angelo Qalantenin idarə etdiyi oyunda millimiz 5:3 hesabı ilə qalib gəlib. Yığmamızın heyətində Bolinya het-trik edib, Everton Kardoso və Eduardo Borqes isə hərəyə bir dəfə fərqləniblər. Millimiz növbəti oyununu fevralın 4-də İspaniya millisinə qarşı keçirəcək. Qeyd edək ki, qrupun ilk oyununda Fransa və İspaniya milliləri üz-üzə gəliblər və görüş 4:4 hesabı ilə başa çatıb. İspaniya ilə oyunun nəticısindən asılı olmayaraq millimiz Avropa çempionatının dörddəbir final mərhələsinə vəsiqəni təmin edib. |
|
Xəbər 772 dəfə oxundu. |
|
|