Olivye Jiru “Arsenal”dan “Çelsi” klubuna transfer edilib | |
Fransalı futbolçu Olivye Jiru “Arsenal” klubundan “Çelsi”yə transfer edilib. 31 yaşlı hücumçu “Çelsi” ilə 2019/2020-ci il mövsümünün sonunadək müqavilə imzalayıb. Transfer məbləğinin 20 milyon avro olduğu bildirilir. Fransalı futbolçu 2012-ci ildən “topçular” klubunun şərəfini qoruyur. O, bu müddət ərzində 180 rəsmi oyuna çıxıb və 73 dəfə fərqlənib. O.Jiru “Çelsi”də 18 nömrəli formada meydana çıxacaq. AZƏRTAC |
|
Xəbər 974 dəfə oxundu. |
|
|