Çimərlik futbolu üzrə Azərbaycan millisi İspaniya yığması ilə qarşılaşıb
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İranın Buşehr şəhərində təşkil olunmuş “Persian Cup-2018” beynəlxalq turnirində ikinci oyununu keçirib.

İspaniya yığması ilə qarşılaşan millimiz 1:3 hesabı ilə məğlub olub.

Komandamızın qolunu Orxan Məmmədov vurub.

Qeyd edək ki, millimiz turnirdə keçirdiyi ilk oyunda İran yığmasına 2:3 hesabı ilə uduzub.

Xəbər 1093 dəfə oxundu.