Yığmamızın hücumçusu qələbəni ehtiyatdan seyr etdi | |
Qadın voleybolçular arasında İtaliya A seriyasında XVII turun oyunları keçirilib. Tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Yelizaveta Səmədovanın şərəfini qoruduğu “Skandiççi” “Pesaro”nu qəbul edib. Qarşılaşma təmsilçimizin komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. A seriyasında hələlik 1 matçda meydana çıxan Səmədova bu dəfə də ehtiyatda qalıb. Qeyd edək ki, “Skandiççi” bu qələbədən sonra 3-cü pillədəki yerini qoruyub. Onların aktivində 39 xalı var. Apasport.az |
|
Xəbər 1389 dəfə oxundu. |
|
|