Rusiyadan 3 medalla qayıtdılar

Rusiyanın Anapa şəhərində Nikolay Pavlyukovun xatirəsinə həsr olunmuş gənclər arasında boks üzrə beynəlxalq turnirə yekun vurulub.

Azərbaycan milli komandası yarışda 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.

Turnirdə 81 kq çəki dərəcəsində mübarizə aparan gənclər arasında Avropa çempionu Rauf Rəhimov finalda Qazaxıstan boksçusu Denislam Abdeşevi məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Orxan Mayıllı (75 kq) isə finalda qazaxıstanlı Daulet Bayqabatova uduzaraq gümüş medala sahib olub. 49 kq çəki dərəcəsində yarışan Ceyhun İbrahimli isə Anapadan vətənə bürünc medalla dönüb.

12 ölkənin boksçularının iştirak etdiyi yarışda Azərbaycan ümumkomanda hesabında 5-ci yeri tutub.

Qeyd edək ki, Rusiya 1-ci, Özbəkistan 2-ci, Qazaxıstan isə 3-cü yeri tutublar.

Xəbər 1105 dəfə oxundu.