Millimiz “Antalyaspor”a qalib gəlib | |
Hazırlığını Antalyada davam etdirən futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib. Komandamız “Antalyaspor”un qızlardan ibarət U-19 komandası ilə qarşılaşıb və 3:2 hesabı ilə qələbə qazanıb. Millinin heyətində Birgül Çelik dubl edib. Bir dəfə isə avtoqol qeydə alınıb. |
|
Xəbər 565 dəfə oxundu. |
|
|