Yassin Ayub “Feyenoord” klubu ilə müqavilə imzalayıb
“Utrext” futbol klubunun yarımmüdafiəçisi Yassin Ayub yayda azad agent statusunda “Feyenoord”a keçəcək.

23 yaşlı futbolçunun “Utrext” ilə müqaviləsi cari ilin iyununda başa çatacaq. Buna görə də, futbolçu qışdan özünə yeni komanda axtarıb.

Rotterdam klubu ilə imzalanmış yeni müqavilə dörd il müddətinə nəzərdə tutulub və iyulun 1-dən qüvvəyə minəcək. Yassin Ayub “Utrext”in heyətində 155 oyunda meydana çıxıb.

Qeyd edək ki, Ayub Mərakeş yığmasının heyətində Rusiyada təşkil olunacaq dünya çempionatında iştirak edə bilər.

Xəbər 1110 dəfə oxundu.