Yığmamızın oyunçusu 3 ildən sonra Polşa çempionatına qayıtdı
Azərbaycan millisinin voleybolçusu Anna Nazarenko karyerasını Polşada davam etdirəcək. 30 yaşlı blokçu “MKS Kaliş” klubu ilə anlaşıb.

3 ildən sonra yenidən Polşa çempionatına dönən milliləşdirilmiş voleybolçu mövsümün sonunadək yeni komandasında çıxış edəcək. O, “MKS Kaliş”ə Macarıstan “Linamar”ından transfer olunub.

Qeyd edək ki, Nazarenko 2011-ci ildə Ukraynanın “Ximik” klubundan Bakı “Lokomotiv”inə gəlmişdi. 2 il “dəmiryolçular”ın şərəfini qoruyan blokçu daha sonra PTPS Pila (Polşa), “Forli” (İtaliya) və “Beziers”də (Fransa) də oynayıb.

Apasport.az

Xəbər 751 dəfə oxundu.