Bu dəfə heç-heçə etdilər
Bakıda keçiriləcək dünya çempionatına hazırlaşan 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası növbəti yoldaşlıq oyunu keçirib. İdman.com.az saytının məlumatına görə, Macarıstanda təlim-məşq toplanışında olan Sissi Raytın komandası beynəlxalq turnir çərçivəsində slovakiyalı həmyaşıdları ilə qarşılaşıblar.

Bundan öncəki matçlarda ardıcıl 4 qələbə qazanan komandamız bu dəfə uğurlu seriyalarını davam etdirə bilməyib. Futbolçularımız ötən il 1:0 hesabı ilə məğlub etdikləri Slovakiya millisi ilə qolsuz heç-heçə edib. Qeyd edək ki, bu 2 komanda ilə yanaşı, Macarıstan yığmasının da qatıldığı turnirdə elə 3 kollektiv iştirak edir.

Xəbər 963 dəfə oxundu.