Karateçilərimiz Xorvatiya Qran-Pri turnirin ilk günündə üç medal qazanıblar | |
Azərbaycan karateçiləri 2018-ci ilə uğurla başlayıblar. Yeniyetmələrdən ibarət milli komandamız Samobor şəhərində nüfuzlu Xorvatiya Qran-Pri turnirinin ilk günündə iki qızıl və bir bürünc medal qazanıblar. Fərid Ağayev (52 kq), Fidan Dadaşova (47 kq) yarışın çempionu olublar. Tale Yaqubov (63 kq) isə bürünc medal əldə edib. Bu gün 16-20 yaşlı gənclər arasında kumite yarışlarının qalibləri məlum olacaq. Yanvarın 14-də müxtəlif yaş qruplarında kata yarışları keçiriləcək. Qeyd edək ki, turnir fevralın əvvəlində Rusiyada təşkil olunacaq Avropa çempionatına hazırlıq xarakteri daşıyır. |
|
Xəbər 675 dəfə oxundu. |
|
|