“Neftçi”nin əvəzedici heyəti beş yoxlama oyununda qüvvəsini sınayacaq | |
“Neftçi” futbol klubunun əvəzedici komandası çempionatın ikinci hissəsinin hazırlığını davam etdirir. Bugünkü məşq klubun bazasında olub. Yanvarın 30-dək davam edəcək təlim-məşq toplanışı çərçivəsində 5 yoxlama oyununun keçirilməsi planlaşdırılır. Yanvarın 14-də U-19 millisi, bir həftə sonra “Səbail”in, ertəsi gün isə “Neftçi”nin 19 yaşadək ibarət komandaları ilə yoxlama oyunlarının təşkili nəzərdə tutulub. Yanvarın 30-da keçirilməsi nəzərdə tutulan görüşdə isə rəqib dəqiqləşməyib. |
|
Xəbər 600 dəfə oxundu. |
|
|