“Azərreyl” “Çağırış kuboku” turnirində Rumıniyanın “Stiinta” komandası ilə qarşılaşıb | |
Bakının qadın voleybolçulardan ibarət “Azərreyl” komandası Avropa Voleybol Konfederasiyasının “Çağırış kuboku” turnirinin onaltıdabir final mərhələsinin cavab oyununda Rumıniyanın “Stiinta” komandasını qəbul edib. Azərbaycan Voleybol Mərkəzində təşkil edilən görüş “Azərreyl” komandasının 3:0 (25:23, 27:25, 25:14) hesablı qələbəsi ilə başa çatıb. Bu komandalar arasında dekabrın 12-də Rumıniyada keçirilmiş ilk oyunda “Stiinta” voleybolçuları 3:1 hesabı ilə qələbə qazandığından cütün taleyi “qızıl set”də həll olunub. Bu setdə rəqib komanda Azərbaycan təmsilçisini üstələyərək iki görüşün ümumi nəticəsinə görə səkkizdəbir final mərhələsinə vəsiqə əldə edib - 15:13. Oyunu yunanıstanlı baş hakim Teodora Kiriopoulu idarə edib. Ona Bosniya və Herseqovinadan olan həmkarı Milan Nikoliç kömək edib. |
|
Xəbər 1078 dəfə oxundu. |
|
|