Bədii gimnastika üzrə Azərbaycan millisinin məşqçisi və gimnastı Əlcəzairdə ustad dərsləri keçiblər
Bədii gimnastika üzrə Azərbaycan milli komandasının məşqçisi Lalə Məhərrəmova və gimnastımız Zöhrə Ağamirova Əlcəzairdə ustad dərsləri keçiblər.

Afrika Oyunlarına hazırlaşan Əlcəzairin bədii gimnastika üzrə yığma komandasının üzvlərinə ustad dərsləri keçən təmsilçilərimiz onlara bir sıra elementlər göstərib, çıxış proqramlarına düzəlişlər ediblər.

Dərslər çərçivəsində məşqçimizlə və gimnastımızla görüşən Əlcəzairin Bədii Gimnastika Federasiyasının prezidenti Zahi Sofiane onlara “Təşəkkür” plaketi təqdim edib.

Qeyd edək ki, dekabrın 23-də başlayan master-klas yanvarın 8-dək davam edəcək.

Xəbər 1199 dəfə oxundu.