Fuad Cəfərov Memorialının Masters turnirində 22 şahmatçı iştirak edir | |
Bakıda keçirilən Fuad Cəfərov Memorialı çərçivəsində beynəlxalq Masters turniri başlanılıb. Turnirdə 22 şahmatçı, o cümlədən 7 qrossmeyster iştirak edir. Turnirdə Azərbaycan şahmatçıları ilə yanaşı, Gürcüstan, İran və Rusiya təmsilçiləri də mübarizə aparırlar. Memorial çərçivəsində 5 turnir keçirilir. FIDE beynəlxalq normalı turnir İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir. Vaxta nəzarət: 90 dəqiqə + birinci gedişdən başlayaraq hər gediş üçün 30 saniyə. Open-turnirdə 139 şahmatçı İsveçrə sistemi üzrə 7 turda mübarizə aparır. Vaxta nəzarət: 90 dəqiqə + birinci gedişdən başlayaraq hər gediş üçün 30 saniyə. 2008-ci il təvəllüdlü və ondan kiçik yaşlı 58 şahmatçının iştirak etdiyi uşaq turniri İsveçrə sistemi üzrə keçirilir və 7 turdan ibarətdir. Vaxta nəzarət: 60 dəqiqə + birinci gedişdən başlayaraq hər gediş üçün 30 saniyə. “Sürətli şahmat” yarışında 40 şahmatçı iştirak edir. Vaxta nəzarət: 10 dəqiqə + birinci gedişdən başlayaraq hər gediş üçün 5 saniyə. Blits-turnirdə 33 komanda iştirak edir. Vaxta nəzarət: 3 dəqiqə + birinci gedişdən başlayaraq hər gediş üçün 2 saniyə. Fuad Cəfərov Memorialı Respublika Şahmat Mərkəzində keçirilir. |
|
Xəbər 1148 dəfə oxundu. |
|
|