Azərbaycan taekvondoçusu “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb | |
Taekvando üzrə Azərbaycan milli komandasının və “Qəbələ” idman klubunun üzvü Milad Beigi Hərçeqani dekabrın 30-da Çində başlayan “Böyük dəbilqə” seriyalı turnirdə bürünc medal qazanıb. 80 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız dörddəbir finalda norveçli Riçard Andre Ordemanna 29:22 hesabı ilə qalib gəlib. Ardınca rusiyalı Maksim Xramtsova 6:19 hesabı ilə məğlub olan taekvondoçumuz üçüncü yer uğrunda döyüşdə rusiyalı Anton Kotkov ilə görüşüb. Rəqibindən 17:7 hesabı ilə üstün olan təmsilçimiz yarışı bürünc medalla başa vurub. |
|
Xəbər 1654 dəfə oxundu. |
|
|