“Keşlə” klubunun yeni baş məşqçisi müəyyənləşib
Bu gün “Keşlə” futbol klubunun Müşahidə Şurasının iclası keçirilib.

Gündəlikdəki məsələlərin müzakirəsindən sonra “Keşlə”yə baş məşqçi vəzifəsinə Yuri Maksimovun, idman direktoru postuna isə Ramiz Məmmədovun təyin olunması barədə qərar qəbul olunub.

İclasda, həmçinin yeni futbolçuların “Keşlə”yə cəlb olunması və digər məsələlər barədə müzakirələr aparılıb.

Xəbər 1124 dəfə oxundu.