Həndbol üzrə son ölkə çempionu olan “Nur” komandası turnir cədvəlində bir pillə geriləyib | |
Qadın həndbolçular arasında Azərbaycan çempionatında VIII tura yekun vurulub. “Azəryol” komandası “İdman Akademiyası” təmsilçilərinə böyük hesabla qalib gəlib - 31:13. “Azərsu” həndbolçuları isə “Gənclərbirliyi” kollektivini 40:24 hesabı ilə asanlıqla məğlub edib. Xatırladaq ki, VIII turun qadınlar arasında ilk qarşılaşmasında “Nur" və "Qarabağ” komandaları üz-üzə gəliblər. Mingəçevirdə Kür Olimpiya İdman Mərkəzində keçirilən görüşdə qonaqlar meydan sahiblərindən 27:25 hesabı ilə üstün olublar. Bu nəticələrdən sonra aktivindəki xalların sayını 14-ə çatdıran “Azəryol” komandası turnir cədvəlində liderliyini davam etdirir. “Azərsu” kollektivi 13 xalla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 9 xalla “Qarabağ” həndbolçuları tamamlayırlar. Ötən il ölkə çempionu olan “Nur” komandası isə bir pillə geriləyərək dördüncü pilləyə düşüb. Mingəçevir təmsilçiləri 8 turdan sonra 8 xal toplaya biliblər. “Gənclərbirliyi” və “İdman Akademiyası”nın kollektivləri 2 xalla beşinci və altıncı yerləri bölüşürlər. AZƏRTAC |
|
Xəbər 951 dəfə oxundu. |
|
|