“Keşlə” komandası futbol üzrə Azərbaycan kuboku yarışında yarımfinala yüksəlib | |
Bakının “Keşlə” klubu futbol üzrə Azərbaycan kuboku uğrunda yarışların dörddəbir final mərhələsi çərçivəsində dekabrın 14-də səfərdə “Kəpəz” komandası ilə qarşılaşıb. Baş hakim Orxan Məmmədovun idarə etdiyi matçın 33-cü dəqiqəsində qonaqlar Mirsahib Abbasovun qolu ilə hesabı açıblar. Fasilədən sonra - 48-ci dəqiqədə Şəhriyar Rəhimov hesabı bərabərləşdirib -1:1. Matçın 79-cu dəqiqəsində Kamran Abdullazadə “Kəpəz”i hesabda önə çıxarıb – 2:1. Lakin qonaqlar oyunun 81-ci dəqiqəsində Pərdis Fərcad-Azadın qolu ilə oyunda tarazlığı bərpa ediblər - 2:2. Lakin bu da oyunda sonuncu qol olmayıb. Matçın 89-cu dəqiqəsində Mirsahib Abbasov özünün ikinci, “Keşlə”nin üçüncü topunu rəqib komandanın qapısından keçirib. Beləliklə, matç “Keşlə”nin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bakıda keçirilən ilk oyunda da 2:0 hesabı ilə qalib gələn paytaxt təmsilçisi iki oyunun nəticəsinə görə yarımfinala vəsiqəni təmin edib. Günün növbəti qarşılaşmasında “Zirə” və “Neftçi” klubları üz-üzə gələcəklər. |
|
Xəbər 630 dəfə oxundu. |
|
|