UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb | |
Bu gün UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında futbol üzrə UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb. Qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan 16 komanda 8 cütlük təşkil edib. Püşkün nəticəsi aşağıdakı kimidir: “Yuventus” (İtaliya) - “Tottenhem” (İngiltərə) “Bazel” (İsveçrə) - “Mançester Siti” (İngiltərə) “Porto” (Portuqaliya) - “Liverpul” (İngiltərə) “Sevilya” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə) “Real” (İspaniya) - PSJ (Fransa) “Şaxtyor” (Ukrayna) - “Roma” (İtaliya) “Çelsi” (İngiltərə) - “Barselona” (İspaniya) “Bavariya” (Almaniya) - “Beşiktaş” (Türkiyə) Qeyd edək ki, səkkizdəbir finalın ilk görüşləri gələn il fevralın 13-14-də və 20-21-də, cavab matçları isə martın 6-7-də və 13-14-də təşkil olunacaq. |
|
Xəbər 628 dəfə oxundu. |
|
|