Kamerun millisinin baş məşqçisi Uqo Bros istefaya göndərilib | |
Futbol üzrə Kamerun millisinin baş məşqçisi Uqo Bros istefaya göndərilib. 65 yaşlı belçikalı mütəxəssis ötən ilin fevralından Kamerun millisini çalışdırıb. Uqo Brosun rəhbərliyi altında Kamerun yığması cari ildə Afrika Millətlər Kubokuna sahib olub. Qeyd edək ki, baş məşqçinin komandadan uzaqlaşdırılmasının səbəbi kimi Kamerun millisinin dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməməsi göstərilir. |
|
Xəbər 624 dəfə oxundu. |
|
|