Dünya Çempionatının təqvimi bilindi | |
Klublararası dünya çempionatının tam təqvimi açıqlanıb. Apasport.az saytının məlumatına görə, yarışın püşkatması xeyli müddət əvvəl gerçəkləşsə də, təqvim iştirakçıların siyahısının tam müəyyənləşməsindən sonra dəqiqləşib. Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq sayca 14-cü dünya çempionatı dekabrın 6-da start götürəcək. Təşkilatçı ölkənin çempionu “Əl-Cəzirə” Okeaniyanın ən yaxşısı “Oklend Siti”nı sınağa çəkəcək. Əbu-Dabi və Əl-Əyn şəhərlərində keçirilən mundialın 1/4 final matçları dekabrın 9-da, yarımfinal 12-13-də keçiriləcək. Turnirə dekabrın 16-da yekun vurulacaq. Klublararası dünya çempionatının təqvimi Pley-off 6 dekabr 1. “Əl-Cəzirə” (BƏƏ) – “Oklend Siti” (Yeni Zelandiya) 1/4 final 9 dekabr 2. “Paçuka” (Meksika) – “Vidad” (Mərakeş) 3. “Urava Red Diamonds” (Yaponiya) – 1-ci cütün qalibi 5-ci yer uğrunda oyun 12 dekabr 4. 2-ci cütün məğlubu – 3-cü cütün məğlubu 1/2 final 12 dekabr 5. “Qremio” (Braziliya) – 2-ci cütün qalibi 13 dekabr 6. “Real” (İspaniya) – 3-cü cütün qalibi 3-cü yer uğrunda oyun 16 dekabr 7. 5-ci cütün məğlubu – 6-cı cütün məğlubu Final 16 dekabr 8. 5-ci cütün qalibi – 6-cı cütün qalibi |
|
Xəbər 931 dəfə oxundu. |
|
|