Üzgüçülük üzrə açıq Azərbaycan çempionatına start verilib | |
Noyabrın 24-də Bakı Su İdmanı Sarayında üzgüçülük üzrə açıq Azərbaycan çempionatına start verilib. Yİarışda Azərbaycanla yanaşı, Qazaxıstan və Gürcüstan idmançıları da iştirak edirlər. Gürcüstan komandası 35, Qazaxıstan yığması isə 4 üzgüçüdən ibarət heyətlə təmsil olunur. Ümumilikdə çempionatda 120 idmançı birincilik uğrunda mübarizə aparır. Noyabrın 26-dək davam edəcək yarışda idmançılar üzgüçülüyün bütün növləri üzrə çıxış edəcəklər. Qeyd edək ki, Beynəlxalq Üzgüçülük Federasiyasının qaydalarına əsasən keçirilən yarışda ilk dəfə olaraq elektron hesablama mexanizmindən istifadə olunur. |
|
Xəbər 1806 dəfə oxundu. |
|
|