Bakının “Avro-2020”yə hazırlığı müzakirə olunub
2020-ci ildə 13 şəhərdə təşkil olunacaq futbol üzrə Avropa çempionatına hazırlıq işləri ilə tanış olmaq məqsədilə UEFA nümayəndələri Bakıya səfərə gəliblər.

Noyabrın 17-də AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti “Avro-2020”nin ev sahibi ölkələrin layihələrinin rəhbəri Guillaume Poisson və Fan-zonalar üzrə menecer Tomas Qlur ilə görüşüb.

UEFA nümayəndələrinə “Avro-2020” ilə bağlı görülmüş işlər barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Qitə futbol qurumunun təmsilçiləri səfər müddətində “Avro-2020” zamanı yaradılacaq fan-zonaların yerləşəcəyi ərazilərə də baxış keçirəcəklər.

Xatırladaq ki, “Avro-2020”nin 4 oyunu (qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin bir görüşü) Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

Xəbər 711 dəfə oxundu.