“Rusiya-2018”in bütün iştirakçıları müəyyənləşib
2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinə vəsiqə qazanan sonuncu - 32-ci ölkənin adı məlum olub.

Mundiala vəsiqə qazanan sonuncu komanda doğma meydanda Yeni Zelandiyaya 2:0 hesabı ilə qalib gələn Peru millisi olub.

Artıq dünya çempionatının iştirakçıları səbətlərə bölünüblər. Belə ki, “A” səbətində Rusiya, Almaniya, Braziliya, Portuqaliya, Argentina, Belçika, Polşa, Fransa, “B” səbətində İspaniya, Peru, İsveçrə, İngiltərə, Kolumbiya, Xorvatiya, Meksika, Uruqvay, “C” səbətində Danimarka, İsveç, İslandiya, Kosta-Rika, Tunis, Misir, Seneqal, İran, “D” səbətində Serbiya, Nigeriya, Yaponiya, Mərakeş, Panama, Koreya Respublikası, Səudiyyə Ərəbistanı və Avstraliya yığmaları yer alıblar.

Mundialın qrup mərhələsinin püşkatma mərasimi dekabrın 1-də Moskvada keçiriləcək.

Xəbər 730 dəfə oxundu.