Vasif Durarbəyli ilk 20-likdə | |
Bolqarıstanın Plovdiv şəhərində keçirilən kişilər arasında şahmat üzrə Avropa çempionatında 10-cu tura yekun vurulub. İdman.com.az saytı xəbər verir ki, Şəhriyar Məmmədyarov və Eltac Səfərlisiz yollarını 8 nəfərlə davam edən Azərbaycan şahmatçıları arasında bu tur yeganə qələbəni Vasif Durarbəyli qazanıb. O, xorvatiyalı İvan Sariçə qalib gəldikdən sonra 7 xalla 17-ci pilləyə yüksəlib. Digər şahmatçılarımız arasında ən yaxşı nəticə bu tur rusiyalı Artur Qabrielyanla heç-heçə oynadıqdan sonra xallarını 5,5 çatdıran Rauf Məmmədovdadır. Lakin Rauf bu nəticə ilə yalnız 110-cu pillədə qərarlaşa bilib. |
|
Xəbər 1175 dəfə oxundu. |
|
|