“Neftçi İdman Klubu”nun tennisçiləri ölkə kuboku yarışlarında uğurla çıxış ediblər
“Şüa” İdman-Sağlamlıq Kompleksində stolüstü tennis üzrə gənclər və yeniyetmələr arasında Azərbaycan kuboku yarışları başa çatıb.

Yarışda 150-yə yaxın idmançı qalib adı uğrunda mübarizə aparıb.

“Neftçi İdman Klubu”nun yarışa qatılmış tennisçilərindən Zemfira Mikayılova şəxsi yarışlarda bürünc medal qazanıb. Qızlar arasında keçirilən qoşa yarışlarında Zemfira Mikayılova–Xədicə Əbilzadə cütlüyü ikinci yeri tutub. Qarışıq-qoşa yarışlarında isə İbrahim Ansari və Zemfira Mikayılovadan ibarət cütlük fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.

Xəbər 1286 dəfə oxundu.