Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV turuna start veriləcək | |
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsinin dördüncü turuna start veriləcək. Turun birinci günündə “A”, “B”, “C” və “D” qruplarında yer alan komandalar üz-üzə gələcəklər. “C” qrupunda yer alan “Atletiko Madrid” klubu doğma meydanda təmsilçimiz “Qarabağ”ı qəbul edəcək. Bu qrupun lideri “Çelsi” isə səfərdə “Roma”nın qonağı olacaq. Gün ərzində aşağıdakı görüşlər keçiriləcək: “A” qrupu “Mançester Yunayted” (İngiltərə) - “Benfika” (Portuqaliya) “Bazel” (İsveçrə) - ÇSKA (Rusiya) “B” qrupu “Seltik” (Şotlandiya) - “Bavariya” (Almaniya) PSJ (Fransa) - “Anderlext” (Belçika) “C” qrupu” “Atletiko Madrid” (İspaniya) – “Qarabağ” (Azərbaycan) “Roma” (İtaliya) - “Çelsi” (İngiltərə) “D” qrupu “Sportinq” (Portuqaliya) - “Yuventus” (İtaliya) “Olimpiakos” (Yunanıstan) - “Barselona (İspaniya) |
|
Xəbər 563 dəfə oxundu. |
|
|