Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələrinin Assosiasiyasının 22-ci Baş Assambleyasında iştirak edəcək | |
Oktyabrın 31-dən noyabrın 4-dək Çexiyanın paytaxtı Praqada Milli Olimpiya Komitələrinin Assosiasiyasının 22-ci Baş Assambleyası keçiriləcək. Assambleyada Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, komitənin baş katibinin müavini Azər Əliyev və Beynəlxalq əlaqələr idarəsinin rəisi Anar Bağırov iştirak edəcəklər. Tədbir çərçivəsində adıçəkilən təşkilatın Gənclər, Beynəlxalq Əlaqələr, Atletlər və Marketinq Komissiyasının iclası, həmçinin təşkilatın İcraiyyə Şurasının iclasının keçirilməsi nəzərdə tutulub. Milli Olimpiya Komitələrinin Assosiasiyası 206 Olimpiya komitələrini birləşdirən qurumdur. Hər il bu təşkilatın Baş Assambleyasında müxtəlif mühüm məsələlərlə yanaşı, mükafatlandırma mərasimi keçirilir. Burada qitə oyunları üzrə ən yaxşı kişi və qadın idmançıları seçilir. Xatırladaq ki, 22-ci Baş Assambleyada növbəti Milli Olimpiya Komitələrinin Assosiasiyasının 23-ci Baş Assambleyasının baş tutacağı ölkənin adı da açıqlanacaq. |
|
Xəbər 1321 dəfə oxundu. |
|
|