“Azərbaycan Respublikasında 2012-ci ilin “İdman ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı | |
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikasında 2012-ci ilin “İdman ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 16 yanvar tarixli 1965 nömrəli Sərəncamına uyğun olaraq qərara alıram: 1. “Azərbaycan Respublikasında 2012-ci ilin “İdman ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilsin. 2. Bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi müəyyən edilsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 3.1. “Azərbaycan Respublikasında 2012-ci ilin “İdman ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etsin; 3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 29 mart 2012-ci il. |
|
Xəbər 1943 dəfə oxundu. |
|
|