Topaz Premyer Liqası: “Sumqayıt” - “Zirə” - 2:1 | |
Azərbaycan Premyer Liqasının IX turunun ikinci oyun gününün sonuncu görüşündə “Sumqayıt” klubu “Zirə” ilə qarşılaşıb. “Kapital Bank Arena”da baş hakim İnqilab Məmmədovun idarə etdiyi matçın dördüncü dəqiqəsində “Zirə”nin futbolçusu Sadio Tounkara hesabı açıb. Görüşün 37-ci dəqiqəsində Amil Yunanov hesabda tarazlığı bərpa edib – 1:1. Oyunun ilk hissəsi bu hesabla da başa çatıb. İkinci hissənin sonlarında meydan sahibləri hesabda önə çıxa bilib. Vurğun Hüseynov 83-cü dəqiqədə “Sumqayıt”ın ikinci qolunu vurub – 2:1. Görüşdə qapılara başqa qol vurulmayıb. Bu qələbədən sonra “Sumqayıt” klubu 13 xalla dördüncü pillədəki mövqeyini möhkəmləndirib. Turun maraqla gözlənilən qarşılaşması oktyabrın 22-də olacaq. Həmin gün “Qəbələ” komandası “Qarabağ” klubunu qəbul edəcək. Hazırda turnir cədvəlinə 19 xalla “Qarabağ” başçılıq edir. Hesabında 18 xal olan “Zirə” ikinci, “Qəbələ” 16 xalla üçüncü pillədədir. |
|
Xəbər 649 dəfə oxundu. |
|
|