Futbol üzrə Macarıstan millisinin baş məşqçisi istefaya göndərilib | |
Futbol üzrə Macarıstan millisinin baş məşqçisi Bernd Ştork istefaya göndərilib. Almaniyalı mütəxəssisin istefaya göndərilməsinə səbəb komandanın dünya çempionatına vəsiqə qazana bilməməsi olub. Qeyd edək ki, 54 yaşlı mütəxəssis 2015-ci ildə Macarıstan yığmasına gətirilib və Bernd Ştorkun rəhbərliyi altında Macarıstan millisi “Avro-2016”nın səkkizdəbir final mərhələsinədək irəliləyib. Bu mərhələdə Macarıstan millisi Belçika yığmasına 0:4 hesabı ilə uduzaraq Avropa çempionatında mübarizəni dayandırıb. |
|
Xəbər 582 dəfə oxundu. |
|
|