Mourinyu “Mançester Yunayted” klubunda öz məvacibinin xeyli artırılmasını istəyir | |
“Mançester Yunayted” futbol klubunun baş məşqçisi Joze Mourinyu bu klubla yeni kontraktın şərtlərini müzakirə etməyə hazırdır. Portuqaliyalı mütəxəssis “Mançester Yunayted” ilə sazişin müddətinin artırılmasına bu şərtlə razıdır ki, onun məvacibi əhəmiyyətli dərəcədə artırılsın. Hazırda ildə 15 milyon funt sterlinq məvacib alan Joze Mourinyu istəyir ki, baş məşqçinin sayəsində İngiltərə klubunun qazandığı uğurlar və tərəqqi yeni kontraktda öz əksini tapsın. Xatırladaq ki, bu mövsümdə heç bir matçda uduzmayan “Mançester Yunayted” hazırda İngiltərə peşəkar futbol liqasında ikinci yeri tutur. |
|
Xəbər 586 dəfə oxundu. |
|
|