FIFA yeni reytinq cədvəlini açıqlayıb | |
FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Azərbaycan milli komandası ötən ayla müqayisədə 23 pillə geriləyib və 273 xalla 115-ci pillədə qərarlaşıb. Komandamızın reytinqdə geriləməsinə səbəb 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsinin son iki oyununda məğlub olmasıdır. Belə ki, millimiz Çexiyaya 1:2, Almaniyaya isə 1:5 hesabı ilə uduzub. Qeyd edək ki, Almaniya 1631 xalla reytinq cədvəlindəki liderliyini davam etdirir. Braziliya 1619 xalla ikinci, Portuqaliya isə 1446 xalla üçüncü pillədə qərarlaşıblar. |
|
Xəbər 560 dəfə oxundu. |
|
|