9 finalçımızdan 3-ü «qızıl»a qovuşdu | |
Dağıstanın İzberbaş şəhərində SSRİ İdman Ustası Abdulla İdrisovun yubileyi münasibəti ilə boksçular arasında turnir keçirilib. İdman.com.az saytının xəbərinə görə, yarışda ölkəmiz yeniyetmə və gənc idmançıları da mübarizə aparıblar. 3 boksçumuz - Pərviz Quliyev (50 kq), Elçin Rəcəbli (56 kq), və Emin Rəsulzadə (70 kq) turnirin baş mükafatına sahib olublar. Fərid Əliyev (46 kq), Elməddin İsmayılov (48 kq), Ayxan Tağızadə (50 kq), Tərlan Abdulov (57 kq), Şahin İsmayılov (60 kq) və Roman Zakirov (70 kq) yalnız finalda uduzublar. Şahin İsmayılov həm də “Qələbə əzminə görə” mükafatına layiq görülüb. Qeyd edək ki, turnirin baş hakimi həmyerlimiz Nazim Mirhüseynov olub. |
|
Xəbər 1135 dəfə oxundu. |
|
|