Həndbol üzrə iyirmi beşinci Azərbaycan çempionatında növbəti oyunlar keçirilib
Sentyabrın 8-də həndbol üzrə ölkə birinciliyində növbəti oyunlar keçirilib.

İkinci yarış günü "ABU Arena"da iki qarşılaşma baş tutub. Kişi həndbolçular arasında mübarizədə Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin (RİOEUGİM) təmsilçiləri ilə qarşılaşan "Təhsil" kollektivi 38:19 hesabı ilə qalib gəlib.

Qadın həndbolçuların yarışında isə "İdman Akademiyası" komandası "Gənclər Birliyi" klubundan minimal hesabla üstün olub - 27:26.

Xəbər 852 dəfə oxundu.