Azərbaycanın həndbol hakimləri yeni təyinat alıblar
Azərbaycanın beynəlxalq dərəcəli hakimləri kişi həndbolçular arasında Avropa Həndbol Federasiyası (EHF) kuboku uğrunda yarışlara təyinat alıblar.

Həmyerlilərimiz Vaqif Əliyev və Ələkbər Ağakişiyev Macarıstanın “Surqo KK” və Xorvatiyanın “RK Dubrava” komandaları arasında keçiriləcək oyunu idarə edəcəklər.

Matçın EHF nümayəndəsi rumıniyalı İon Serbi olacaq. Qarşılaşma oktyabrın 7-də Macarıstanda keçiriləcək.

Emil və Ernest Ağakişi qardaşları isə oktyabrın 8-də təşkil olunacaq “Beykoz BLD SK” (Türkiyə) - “HK Malmö” (İsveç) oyununa təyinat alıblar.

Türkiyədə baş tutacaq qarşılaşmada EHF-i macarıstanlı Balaş Soos təmsil edəcək.

Xəbər 716 dəfə oxundu.