Yeniyetmə ağır atletlərimiz Avropa birinciliyində iştirak edəcəklər | |
Sentyabrın 22-30-dək Kosovonun paytaxtı Priştina şəhərində 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi keçiriləcək. Yarışda 40-a yaxın ölkədən 305 atlet (175 oğlan və 130 qız) medallar uğrunda mübarizə aparacaq. Azərbaycan yığması komandası çempionatda 9 idmançı (8 oğlan, 1 qız) ilə təmsil olunacaq. Qızların yarışında (U-17) ölkəmizi Səbinə Əzimova (53 kq) təmsil edəcək. On beş yaşadək oğlanların yarışında Elşən Məmmədov (50 kq), Murad Əliyev və Rüstəm Qasımov (56 kq), Nurlan Rəsulov (62 kq), Əli Şükürlü (69 kq), Tarmenxan Babayev (85 kq), Rəhman Kazımov (+94 kq) körpücük üzərinə çıxacaqlar. U-17 kateqoriyası üzrə oğlanların mübarizəsində Elməddin Hüseynov (56 kq) gücünü sınayacaq. |
|
Xəbər 1091 dəfə oxundu. |
|
|