Sankt-Peterburqda Mixail Çiqorin Memorialı keçiriləcək | |
Oktyabrın 20-dən Sankt-Peterburqda şahmat üzrə 24-cü Mixail Çiqorin Memorialı başlanacaq. Ənənəvi beynəlxalq turnirin ilk günü blits-turnirlə açılacaq. Oktyabrın 21-dən 29-dək Rusiya Kubokunun mərhələsi olan klassik şahmat turniri keçiriləcək. Turnirdə hələ ki, 150 şahmatçının, o cümlədən 22 qrossmeysterin iştirakı gözlənilir. Azərbaycanı beynəlxalq turnirdə qrossmeyster Azər Mirzəyev və beynəlxalq dərəcəli usta Ülvi Sadıxov təmsil edəcəklər. Oktyabrın 29-da turnirin qalibləri elan olunacaq. “Mixail Çiqorin Memorialı” beynəlxalq festivalı hər il “Open” kateqoriyasında keçirilən ən kütləvi şahmat turniridir. |
|
Xəbər 700 dəfə oxundu. |
|
|