MOİK-in güləşçiləri hərbçilərin 32-ci dünya çempionatında iştirak üçün Litvaya yola düşüblər | |
Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) idmançıları sentyabrın 18-də hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatında iştirak etmək üçün Litvanın Klaypeda şəhərinə yola düşüblər. dmançılarımızı Heydər Əliyev Beynəlxalq Aeroportunda Müdafiə Nazirliyinin nümayəndələri, idmançıların ailə üzvləri yola salıblar. Komandamızı sərbəst güləş yarışlarında Əfqan Xaşalov (57 kq), Qalib Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov (70 kq), Rəşad Yusifli (74 kq) və Əşrəf Əliyev (86 kq) təmsil edəcək. Yunan-Roma güləşçilərinin mübarizəsində Murad Məmmədov (59 kq), Kərim Cəfərov (66 kq), Sənan Əlmirzəyev (71 kq), Həsən Əliyev (75 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Cavid Feyziyev (130 kq) xalça üzərinə çıxacaqlar. Çempionatda qadın güləşçilərimizdən Türkan Nəsirova (48 kq) və Tatyana Varantsova (53 kq) mübarizə aparacaqlar. Yüksək səviyyəli yarışlara pəhləvanlarımızı beynəlxalq dərəcəli idman ustası, Əməkdar məşqçi, mayor Nazim Əlicanov və beynəlxalq dərəcəli idman ustası, mayor Taleh İsrafilov hazırlayıblar. Növbəti dəfə dünya arenasında uğur qazanmaq üçün MOİK yarışlara klubun rəisi, Beynəlxalq Hərbi İdman Şurasında (CİSM) Azərbaycan nümayəndə heyətinin rəhbəri polkovnik-leytenant Rəşad Quliyevin rəhbərliyi ilə qatılıb. Dünya çempionatının görüşlərində hakimlik etmək məqsədilə komandamızın tərkibində beynəlxalq dərəcəli hakimlər Elman İsmayılov və Tural Əliyev də Litvaya yola düşüblər. MOİK 1995-ci ildən Beynəlxalq Hərbi İdman Şurasının (SİZM) fəal üzvüdür. SİZM-ə üzv olduğu gündən bu günə kimi, MOİK-in yetirmələri 6 dəfə Ümumdünya Hərbi İdman Oyunlarında və hər il keçirilən idman növləri üzrə dünya çempionatlarında uğurla çıxış edərək 33 qızıl, 42 gümüş və 58 bürünc medal qazanıblar. Həmçinin 2015-ci ildə SİZM-in Koreya Respublikasında keçirdiyi 6-cı Ümumdünya Hərbi İdman Oyunlarında iştirak ediblər. 120 ölkədən 8100 idmançının iştırak etdiyi bu yarışlarda Azərbaycan Respublikasının Silahlı Qüvvələri 5 idman növü üzrə 30 idmançı ilə təmsil olunub. Hərbçilərin cüdo üzrə dünya çempionatı Qafqazda birinci dəfə, Rusiya Federasiyasından sonra ilk dəfə Azərbaycanda keçirilib. Bununla yanaşı, SİZM-in çərçivəsində hərbçilərin 2004-cü ildə cüdo üzrə 30-cu, 2006-cı ildə güləş üzrə 24-cü və 2008-ci ildə boks üzrə 52-ci dünya çempionatları keçirilib. MOİK-in ən böyük uğurlarından biri də 2013-cü ildə hərbçi idmançılar arasında ilk dəfə keçirilən futbol üzrə dünya kuboku yarışının Azərbaycanda keçirilməsi olub. Qeyd edək ki, çempionatda iştirak edəcək komandamızın heyətində dünya və Avropa çempionları, eləcə də Olimpiya Oyunlarının, respublika birinciliklərinin qalibi olan idmançılar yer alır. |
|
Xəbər 1503 dəfə oxundu. |
|
|