“Marsel”in 19 yaşlı yarımmüdafiəçi karyerasını “Barselona”da davam etdirə bilər
“Marsel” futbol klubunun yarımmüdafiəçisi Maksim Lopes “Barselona”nın maraq dairəsindədir.

Kataloniya klubunun baş məşqçisi Ernesto Valverde 19 yaşlı yarımmüdafiəçini heyətə qatmaqda maraqlıdır.

“Barselona”nın məşqçilər korpusu cari mövsüm ərzində futbolçunun oyununu izləyiblər. Klub təmsilçiləri futbolçunun meneceri ilə görüşüb və danışıqlar davam etdirilir.

Qeyd edək ki, Lopes “Barselona”nın azarkeşidir.

Xəbər 631 dəfə oxundu.